1 avroya aldıqları evi saraya çevirdilər - fotolar
XƏBƏR
Xarici KİV-ə istinadən xəbərə görə, Aleks Lamoureks və Lotte van Riel kasıb həyat tərzi keçirib.
Onların daimi işi olmayıb, qaldıqları evin kirayə haqqını ödəyə bilməyiblər. Bir gün cütlük hərraca çıxarılan Fransanın Loire adlı yerində yerləşən mağara formasında evi 1 avroya satın alıblar. Mağara ev daha çox zibilliyə bənzəyib.
Təmir üçün pulları olmayan cütlük bankdan kredit götürə bilmədiyini görüb, restoranda işləməyə başlayıb. Onlar 3 il ərzində qazandıqları pulu toplayaraq, mənzilin təmirinə sərf ediblər. Aleks və Lotte 35 min avro xərcləyərək, 12 ay ərzində evlərini möhtəşəm hala salıblar.
No comments:
Post a Comment