Tuesday, 28 July 2015


Virtual karabakh

Rusiyada restoranlarda xarici yeməklərə məhdudiyyət qoymağı təklif ediblər

“Bu, ölkənin prestijinə mənfi təsir göstərir”.
RFKP-dan (Rusiya Federasiyası Kommunist Partiyası) olan Dövlət Dumasının deputatı Vadim Solovyov Rusiya restoranları və kafelərinin menyularında 50% rus mətbəxinin ənənəvi yeməklərindən ibarət olması qaydasının tətbiq edilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti bildirib.
Deputatın sözlərinə görə, söhbət milli mətbəx üzrə ixtisaslaşmış müəssisələrdən deyil, ümumi qida müəssisələrindən gedir. Müvafiq qanun layihəsini o, Dövlət Dumasının payız sessiyası üçün hazırlamağı planlaşdırır.
“Biz mədəniyyətimizin milli elementlərinə daha çox diqqət ayırmalıyıq. Ona görə də ixtisaslaşmış restoranlardan fərqli olaraq restoranlar üçün menyularında 50% milli rus mətbəxinin yeməklərinin olmasına dair qayda tətbiq etmək məqsədəuyğun olardı”, - Solovyovun sözlərindən qəzet sitat gətirib.
Parlamentarinin fikrinə görə, bu, Rusiyanın qastronomik ənənələrinin dirçəlişinə və inkişafına, eləcə də turistlərin cəlb edilməsinə təkan verəcək. Solovyov əmindir ki, Rusiyada Avropa mətbəxinin yeməklərinin və Amerika fast-fudlarının bol olduğu restoranların bolluğu ölkənin prestijinə mənfi təsir göstərir.

No comments:

Post a Comment